"Sağlam vərdişlər sağlam gələcəyin əsasıdır"
Bu gün məktəbimizdə "Sağlam vərdişlər sağlam gələcəyin əsasıdır" adlı görüş-tədbir keçirildi.
Görüşdə Suraxan Rayon Polis İdarəsinin rəis müavini polis-polkovnik leytenantı Surxay Vəliyev, Suraxanı Rayon İcra Hakimiyytinin əməkdaşı Anar Əsədullayev, Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev və həmin bölmənin inspektoru polis kapitanı İlahə Balayeva iştirak edirdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Əliyeva açdı. Sonra tədbirdə zərərli vərdişlərin insan həyatında mənfi rolunu əks etdirən videoçarx və şagirdlərimizin təqdimatında səhnəcik nümayiş olundu. Gələn qonaqlar çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşdülər və şagirdləri maraqlandıran sualları cavablandırdılar.