"Təhlükəsizlik günü"
Ümumtəhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim - tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.
Ümumtəhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə məktəbimizdə bəzi qaydalara ciddi nəzarət olunur.
Müəllimlərdən ibarət növbərçilik təşkil etməklə məktəbin giriş və çıxışlarına nəzarət edilir. Həftənin bir günü "Təhlükəsizlik günü" elan olunaraq siniflərdə çantalara baxış keçirilir.
Təhlükəsiz məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam sərbəst hiss etdikləri yerdir. Məktəbdə təhlükəsiz mühiti gücləndirməklə hər kəs üçün sərbəstliyi təmin etməyə çalışırıq.