“Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır
Dahi Rəhbər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Rus dili müəllimi Məmmədova Leyla müəllimə 8b sinif şagirdləri ilə birgə “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır” adlı dəyirmi masa keçirmişdir. Dəyirmi masada şagirdlər Heydər Əliyevin həyat yolu haqqında məlumat verdilər. Həmçinin onun xatirəsinə həsr olunmuş şeirlər söylədilər və mahnılar səsləndirdilər.