“Bir dahi doğulub gəldi dünyaya”

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ili ərəfəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Əliyeva 5 b sinif şagirdləri ilə Zəlimaxan Yaqubun “Bir dahi doğulub gəldi dünyaya” şeiri ətrafında müzakirə təşkil etdi. Müzakirə zamanı şagirdlər əvvəlcə Heydər Əliyevin keçdiyi şərəfli həyat yoluna nəzər saldılar. Sonra Ulu Öndərin xatirəsinə yazılmış şeiri söyləyib təhlil etdilər. Təhlil vaxtı şagirdlər əvvəlcədən hazırladıqları divar qəzetlərini və təqdimatları da nümayiş etdirdilər.

Dərsdə Könül müəllimə bir daha Heydər Əliyevin tarixmizdəki yerini vurğuladı, Azərbaycan üçün, Azərbaycan xalqı üçün ifadə elədiyi rolu şagirdlərin diqqətinə çatdırdı. Dərsi bir qrup müəllim və valideyn də izlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi