"Beynalxalq Yer Kürəsi Günü"

22 aprel BMT-nin himayəsi ilə bizim hamımızın doğma evi - "Beynalxalq Yer Kürəsi Günü" kimi qeyd edilir.

Bununla əlaqədar məktəbimizin coğrafiya müəllimi Məmmədova Leyla 6c sinfində nümunəvi dərs keçdi. O, şagirdləri ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırdı. Bildirdi ki, təbiəti qorumaq, təbiəti abadlaşdırmaq hər bir insanın borcudur. Şagirdlər dərslə bağlı müzakirələrə qoşulub fikirlərini bölüşdülər.

Məktəbin direktoru Könül Əliyeva dərsi dinlədi, Yer kürəsini qorumağın vacibliyini şagirdlərin diqqətinə çatdırdı, sonda bu gün münasibəti ilə şagirdləri təbrik etdi.

Gəlin biz də Dünyamızı, Yer Kürəmizi, öz yurdumuzu-yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi