"Mina Təhlükəsizliyi Məsələlərinə dair Beynəlxalq Maarifləndirmə Günü"
4 aprel-Mina Təhlükəsizliyi Məsələlərinə dair Beynəlxalq Maarifləndirmə Günüdür. Bu gün məktəbin hərbi rəhbəri Elsevər Məmmədov akt zalında yuxarı sinif şagirdlərinə minalar, mina təhlükəsizliyi, minanın insan həyatına, sağlamlığına vurduğu təhlükələr barədə məlumat verdi. Özü də Vətən müharibəsi iştirakçısı olduğu üçün həm də canlı şahidi olduğu hadisələrdən söhbət açdı, minaların təhlükəsini bir daha uşaqların diqqətinə çatdırdı.