Sinif şagirdləri ilə görüş.

Apreldə imtahan verəcək 9- cu sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Könül Əliyeva və sinif rəhbərləri iştirak edirdi.

Əvvəlcə Könül müəllimə şagirdlərə BŞTİ-nin buraxılış fənləri üzrə keçirdiyi monitorinqin nəticələri barədə məlumat verdi. Nəticələr şagirdlərlə ətraflı müzakirə edildi, hər üç fənnin göstəriciləri haqqında danışıldı.

Sonra qarşıdakı imtahanlarda iştirak haqqında, imtahan zalındakı davranış qaydaları barədə söhbət aparıldı. Cavab kağızı ilə işləmə qaydasını şagirdlərə əyani olaraq göstərib məşq etmələri üçün nümunələr verildi.

Qarşıdakı imtahanlarda uşaqlarımıza uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi