Yazıçılarla görüş.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, məktəb dərsliklərində şagirdlərimizin sevə-sevə əsərlərini oxuduqları uşaq yazıçıları Reyhan Yusifqızı və Sevinc Nuruqızı bu gün məktəbimizin qonağı oldular.

Xanım yazarlarımız şagirdlərə yazdıqları kitablar haqqında məlumat verdilər, həmçinin balaca oxucuların marağına səbəb olan sualları ətraflı cavablandırdılar.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların gələcək həyatına yeni dəyərlər gətirmək, onların mütaliəyə marağını, dünyagörüşünü artırmaq, daha savadlı, zəkalı böyümələrinə təkan verməkdir.

Tədbir müəlliflərin kitabları imzalaması və xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi