Açıq dərs

Məktəbimizin ibtidai sinif müəllimi Məmmədova Könül və Azərbaycan dili müəllimi Əliyeva Könül birlikdə 4 b sinfində Azərbaycan dilindən açıq dərs keçdilər.

Müəllimlər dərsi yeni iş üsulları ilə, qrup şəklində təqdim etdilər. Şagirdlər dərsə xüsusi maraq göstərirdilər. Onlar üçün iki müəllimin birgə dərsi yeni və maraqlı oldu.

Dərs şagirdlərin növbəti tədris ilində ibtidai təhsildən orta təhsilə keçidini rahat şəkildə təmin etmək məqsədilə təşkil olunmuşdu. Qarşıdakı günlərdə 4- cü siniflərdə fərqli fənlərdən ortaq dərslərin keçilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi