Açıq dərs.
Fevral ayı məktəbimizdə Azərbaycan dili və ədəbiyyat aylığıdır. Aylıq boyunca fənn müəllimləri tərəfindən açıq dərslər təqdim olunur.
Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Atakişiyeva Günel 11 b sinfi ilə açıq dərs keçirdi.
Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra şagirdlər ana dili haqqında böyük şəxsiyyətlərin dedikləri aforizmləri, şairlərin şeirlərini söylədilər. Bundan başqa ana dili haqqında şagirdlərin hazırladıqları ayrı-ayrı slaydlar göstərildi və onların təqdimatları nümayiş olundu.
Sonda Günel müəllim şagirdlərə hər zaman Vətənimizi, ana dilimizi qorumağın hamımız üçün böyük mənəvi borc olduğunu bildirdi.