Beynəlxalq Ana Dili Günü

Məktəbimizdə Beynəlxalq Ana Dili Günü tədbirləri keçirilir. Bir çox siniflər bu günü sinif otaqlarında həvəslə qeyd ediblər.

4 b sinif şagirdləri "Məni xoşbəxt eyləyən, öz sevimli dilimdir" adlı tədbir keçiriblər.

3 a sinif şagirdləri ana dilinə həsr olunmuş dərsin sonunda “Ana dilim” adlı mahnını xorla ifa ediblər.

Siniflərdə bu günə həsr olunmuş divar qəzetləri də hazırlanıb və məktəbin dəhliz və siniflərinin divarlarından asılıb.

Tədbirlərdə müəllim və şagirdlər dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirdilər. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dilimizi sevək, qoruyaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi