Maarifləndirici görüş.
İllik fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Könül Əliyeva, məktəbin psixoloqu Aidə Abdullayeva, məktəbin təşkilatçı müavini İsmayılova Sevinc,hərbi rəhbər Məmmədov Elsevər,sinif rəhbərləri Məmmədova Hicran və Sadıqova Samirə 11A və 11B sinif şagirdləri ilə qarşıda gözlənilən buraxılış imtahanı ilə bağlı motivəedici, maarifləndirici görüş keçirdilər.
Görüş zamanı məktəb psixoloqu şagirdlərə imtahan həyəcanı ilə bağlı məlumat verərək "İmtahan həyəcanının yoxlamılması" testini həyata keçirdi.
Sonda direktor şagirdlərin hər birinə zehin açıqlığı və uğurlar arzuladı.