Açıq qapı.

Açıq qapı günlərinə qoşulduq.

1-24 fevral tarixlərində peşə təmayüllü siniflərdə peşə ayı ilə əlaqədar açıq qapı günləri keçirilir. Biz də peşə təmayüllü siniflər layihəsinin fəaliyyət göstərdiyi məktəb kimi qapılarımızı qonaqlar üçün açdıq.

Bu həftə əvvəlcə məktəbimizdə 232 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri və müəllimləri qonaq oldular. Onlara ixtisaslar və peşə təmayüllü sinif barədə ətraflı məlumat verildi, təqdimatlar keçirildi. Məktəbimizin şagirdləri 232 nömrəli məktəbin şagirdlərinin ölçülərini götürdülər, onlar üçün şalvar və yubkalar tikdilər.

Növbəti gün isə peşə sinfində təhsil alan şagirdlərin valideynləri məktəbimizdə qonaq oldular. Onlar övladlarının əl işləri ilə tanış olub dərs prosesi ilə bağlı ətraflı məlumatlar əldə etdilər.

Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi