Tarix müəllimi Talıb Talıblı digər həmkarları ilə görüş keçirdi.

Məktəbimizin tarix müəllimi Talıb Talıblı digər həmkarları ilə görüş keçirdi. Talıb müəllim DİM-in həm 6-cı sinif Azərbaycan və Ümumi tarix test kitabçalarının həmmüəllifi, həm də tarix fənni üzrə test imtahanlarının təşkil olunmasında ekspertdir.

O həmçinin Elm və Təhsil Nazirliyində müxtəlif vaxtlarda tarix fənni üzrə dərsliklərin qiymətləndirilməsi üzrə eskpert kimi çalışır. Eləcə də tarix dərsliklərinin həmmüəllifidir.

Görüşdə Talıb müəllim müəllimlərimizə yeni nəşrə hazırlanan dərsliklər barədə məlumat verdi. Dərsliklərdə qoyulan tələblər, yeniliklər, dəyişikliklər haqqında fikirlərini bölüşdü.

Sonra müəllimləri maraqlandıran sualları cavablandırdı. Diskusiya formasında keçən görüş maraqlı və faydalı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi