Azərbaycan dili dərsi.

Birincilər Azərbaycan dili dərsini kitabxanada keçdilər.

Belə ki, məktəbin ibtidai sinif müəllimi Nağıyeva Məlakə və kitabxana müdiri İbrahimova Təranə 1b sinif şagirdlərinə Azərbaycan dili dərsində Firidun bəy Köçərlinin yaradıcılığı haqqında məlumat verdilər.

Şagirdlər ilk uşaq kitabı olan"Balalara hədiyyə" kitabı ilə tanış oldular. Sonra Təranə xanım uşaqları kitabxana ilə tanış etdi. Nağıl kitabları haqqında məlumat verdi və uşaqları maraqlandıran sualları cavablandırdı.

Şagirdlər uşaqlar üçün yazılan nağıl kitablarından maraqlı hissələri sevə-sevə dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi