"20 Yanvar xalqımızın qan yaddaşıdır"
20 Yanvar - faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qaldı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazıldı. M. Nuranə ,A. Firuzə və M. Aygül müəllimlərin təşkilatçılığı və 5a, 5b sinif şagirdlərinin iştirakı ilə məktəbdə 20 Yanvar faciəsini əks etdirən tədbir keçirildi.
Öncə Azərbaycan Dövlət Himni səsləndirildi və 20 Yanvar gecəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Könül Əliyeva və tarix müəllimi Talıb Talıblı 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə günahsız Azərbaycan xalqına qarşı törədilən terror hərəkatı haqqında danışdılar. Sonra şagirdlərin hazırladıqları səhnəciklər, şeirlər və videocarxlar nümayiş olundu. Milli qürur günü kimi qəlbimizə həkk olunmuş 20 Yanvar tarixini heç vaxt unutmayacağıq.