Şəhid Yunis Əliyevin məzarını ziyarət.
İbtidai sinif müəllimi Könül Məmmədova şagirdləri ilə birlikdə Vətən müharibəsində qəhrəmancasına şəhid olan məktəbimizin məzunu Yunis Əliyevin məzarını ziyarət edib. Yunis yaşasaydı, 24 yaşını qeyd edərdi. Bu gün onun xatirəsini anmaq üçün məzarı üstündə toplaşan valideynləri, qohumları ilə birlikdə onun xatirəsini anıb, qəbri üstə gül dəstələri düzüb, dualar oxuyublar. Şagirdlərimiz vətənpərvər ruda şeirlər səsləndirib, Yunisin döyüş yolu haqqında haqqında məlumatlar danışıblar.
Qeyd edək ki, Yunis Əliyev ölümündən sonra göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bir gün əvvəl isə digər məzunumuz sentyabr şəhidlərimizdən olan İbrahim Həsənovun xatirəsi məzarı üstündə anılmışdı. İbrahim yaşasaydı, 20 yaşını qeyd edərdi.
Məktəbimizin ibtidai sinif müəllimi
Alıyeva Mətanət öz şagirdləri ilə birlikdə şəhidmizin ailəsinin yanında olmuş, xatirəsinə həsr edilmiş şeirlər söyləmiş, fikirlərini bölüşmüşlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!