3A sinifində şəhidlərə həsr olunmuş dərs.

Bu gün 3 A sinif şagirdləri sinif rəhbərləri Şıxəhmədi Lamiyə müəllim ilə məktəbimizin şəhid olmuş məzunlarını, həmçinin 20 Yanvar şəhidlərini və onların timsalında bütün şəhidlərin əziz xatirəsini yad etdilər.

Şagirdlər şəhidlərə aid şeirlər söylədilər, fikirlərini bölüşdülər. 18 yanvar məzunumuz şəhid Həsənov İbrahimin, 19 yanvar digər məzunumuz şəhid Əliyev Yunisin doğum günüdür. Hər iki şəhidin xatirəsi həftə boyu keçirilən tədbirlərdə, eləcə də 3 A sinfində yad edildi.

Əziz xatirələri hər zaman qəlblərdə yaşayacaq igid oğullarımıza Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi