Məzun şəhidlərimizi anırıq.

Bu gün məktəbimizdə şəhid məzunlarımız İbrahim Həsənovun və Yunis Əliyevin xatirəsi anılıb. Yaşasaydılar, İbrahimin 20, Yunisin 22 yaşı olardı.

Məktəbin təşkilatçı müavini Sevinc İsmayılova, hər iki məzunun sinif rəhbərləri, fənn müəllimləri, və şagirdlər dəyirmi masa ətrafında toplaşıb şəhidlərimizi yad ediblər. Görüşə şəhidlərin valideynləri də dəvət olunub.

Sonra valideynlər İbrahim və Yunisin adı verilmiş sinifləri gəzib, otaqlar, stendlərlə tanış olublar.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin! İşıqlı xatirələri qəlbimizdə əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi