"Gəncliyimizi birlikdə düşünək, Narkomaniyaya Yox deyək"

19.12.23-cü il tarixində məktəbin psixoloqu və Uşaq Birliyi Təşkilatı Rəhbəri illik fəaliyyət planına uyğun olaraq 8, 9, 10, 11-ci sinif şagirdləri üçün narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş "Gəncliyimizi birlikdə düşünək,

Narkomaniyaya Yox deyək"adlı maarifləndirici tədbir keçirdi.

Tədbirdə məktəbin psixoloqu şagirdlərə əsrin bəlasının yayılma səbəbləri, törətdiyi fəsadları, eləcə də qorunma yolları haqqında geniş məlumat verdi, mövzuya aid təqdimatlar nümayiş olundu.

6A və 8A sinif şagirdlərinin iştirakı ilə"Əsrin bəlası" adlı səhnəcik nümayiş olundu. Ardınca şagirdlərə bu bəlanın dəhşətli sonluğunu özündə təzahür edən videoçarx təqdim edildi. Sonda məktəb direktoru şagirdlərə öz tövsiyələrini, xoş arzularını çatdıraraq iştirakçıları təşəkkürnamələrlə təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi