Ekskursiya
Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində şagirdlərimizlə gördüyümüz işlər davam edir. Məktəbin fizika müəllimi Nuranə Məmmədova və texnologiya müəllimi Aygül Nəsibovanın rəhbərliyi ilə 5a sinif şagirdləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular.
Ekskursiyda şagirdlər bir çox eksponatlarla yaxından tanış oldular. Bunlara tarixi əsərlər, geyimlər, qədim zinət əşyaları, məişət əşyaları, musiqi alətləri, xalçalar, ölkəmizin bir çox gözəl yerlərinin maketləri və s. daxildir.
Bu ekskursiyada şagirdlər çox maraqlı məlumatlarla tanış oldular, xatirə şəkilləri çəkdirdilər.