Dərs-tədbir.
Bu gün Ramazanova Sahibə müəllimə rəhbərlik etdiyi 2"A"sinfində dərs-tədbir keçdi. Şagirdlər Ulu Öndər Heydər Əliyevin anım gününü yad edib büstü qarşısında şeirlər söylədilər. Müəllimə şagirdlərə Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan bəhs etdi, xalqımızın tarixindəki rolundan danışdı. Şagirdlər büstün önünə tər çiçəklər qoydular və Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.