"Ekoloji mədəniyyət və incəsənət.Azərbayacanın ekoloji tarixi və etnoqrafiyası" mövzusunda tədbir keçirildi

Məktəbimizdə Bakı Şəhər Təhsil İdarəsinin 2016-2017 -ci tədris ilinin fevral ayı ərzində lahiyə çərçivəsində nəzərdə tutduğu "Ekoloji mədəniyyət və incəsənət.Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası " mövzusuna həsr olunmuş tədbir keçirildi.Tədbirdə Mədəniyyət və İncəsənətimizin inciləri hesab olunan Azərbaycan xalçaları və Qarabağın memarlıq abidələri haqqında slayd film nümayiş olundu.Bundan əlavə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına tarix institunun aparıcı elmi işçisi Tarix üzrə fəlsəfə doktoru,dosent Dilavər Əzimli qonağımız oldu.Dilavər müəllim azərbaycanlıların etnoqrafiyası və etnogenezisi haqqında şagirdlərlə geniş söhbət etdi.Daha sonra tədbirin davamı olaraq şagirdlərin iştirakı ilə " Mədəniyyət və İncəsənət.Azərbayacan tarixi və Etnoqrafiyası mövzusunda yarış keçirildi.Yarış 4 komandadan ibarət idi.Sacilər,Salarilər,Eldənizlər və Səfəvilər .Yarışın qalibi Salarilər komandası oldu. Qalib komandanın iştirakçıları məktəbin direktoru Fəridə xanım Şərifova tərəfindən diplomla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi