Ortaq dərs.

Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Əliyeva dərs keçdiyi 5 b sinfi ilə yeni bir layihəyə imza atdı. 5 b sinfi Tükiyənin Kastamonu şəhərində yerləşən Şehit Burak Kapucuoğlu orta okulunun 5 b sinif şagirdləri ilə birgə ortaq dərs keçdi. Əvvəlcə məktəblərin direktorları və müəlllimlər bir-biri ilə tanış oldular. Sonra hər iki sinfin şagirdləri özlərini təqdim etdilər. Ardınca şagirdlər qarşı tərəfin dilində onlar üçün mahnı ifa etdilər.

Dərslikdə yer alan və türk müəllimə Pınar Öztürkün səsləndirdiyi “Yüreyinizdə bir yer açın”şeiri ilə bağlı olan tapşırıqları hər şagird öz sinfində müzakirə etdi və cavablandırdı. Müəllimlər verilən cavablara münasibət bildirdilər. Hər iki müəllim iş üsulu kimi cütlərlə iş üsulunu seçmişdi.

Sonda qərara alındı ki, gələcək görüşlərdə mətn Azərbaycan dili dərsliyindən seçilsin.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi