Seminar.
Suçiçəyi xəstəliyi ilə bağlı seminar keçirilib.
Məktəbin tibb bacısı Bayramova Kəmalə və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevinc İsmayılova suçiçəyi xəstəliyi, əlamətləri, diaqnozu, yoluxma yolları haqqında məlumat vermək məqsədilə VII sinif şagirdləri üçün seminar təşkil ediblər. Seminarda xəstəlik barədə maarifləndirici söhbət aparılıb. Kəmalə xanım şagirdlərin nəzərinə çatdırıb ki, dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. Xəstəlik hava-damcı yolu ilə keçir. Əsasən, uşaq infeksion xəstəliklərinə daxildir. Lakin böyüklər də bu virusa yoluxa bilərlər. O qeyd edib ki, xəstəliyə yoluxduqda ağır fəsadlaşmanın baş verməməsi üçün xəstənin həkim nəzarətində olması vacibdir. Vaksin olunmaq suçiçəyi virusuna yoluxmaqdan qoruyan yeganə etibarlı yoldur.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.