Diskussiya

20 Noyabr- Ağdam şəhəri Gününü elan olunması ilə əlaqədar tarix müəllimi Nisə Yusifova 6 a sinif şagirdlərilə diskussiya apardı. Ağdamın keçmişini, bu gününü əks etdirən slaydlar izlənildi. Şəhərin erməni vandalları tərəfindən xarabalıqlara çevrilməsi, işğal illərində baxımsız hala düşməsi və s.məsələlər şagirdlərin nəzərinə çatdırıldı. Ordumuzun şəhəri işğaldan azad edərkən göstərdiyi qəhrəmanlıq, cəsarət, fədakarlıq xatırlandı. Şagirdlər şəhər barədə məlumatları bölüşdülər, şeirlər dedilər və sonda Ağdama həsr olunmuş videoçarx izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi