3b sinfinə şəhid Həsənov İbrahim Şöhrət oğlunun adı verildi.
Zəfər Günün mübarək,Azərbaycan!
Bu gün bizlərə o qürur hissini yaşadan ,Azərbaycan torpaqlarının bütövlüyünü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.Vətən uğrunda qurban verdiyi canı, axıtdığı qanı ilə tarix yazan şəhidlərimizin hər biri gələcək nəsillərimiz üçün Vətən sevgisinin bariz nümunəsidir.Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Aytən Talıbovanın rəhbərlik etdiyi 3b sinfinə məktəbimizin məzun şəhidi Həsənov İbrahim Şöhrət oğlunun adı verilmişdir.