8 Noyabr "Zəfər günü" münasibətilə tədbir.

3 noyabr 2023-cü il tarixində 8 Noyabr Zəfər günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi tərəfindən Suraxanı rayonu 327 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, muzeyin əməkdaşları iştirak etdi.

Dövlət Himni səsləndirildikdən sonra, muzeyin əməkdaşı Elnaz Osmanova qonaqları salamlayaraq, tədbiri açıq elan etdi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra muzeyin əməkdaşı İlhamə Bayramova öz çıxışında Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən, rəşadətli Ordumuzun uğurlu döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlardan, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından, gənc nəslin bu barədə məlumatlandırılmasının vacibliyindən və Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs etdi .

Tədbirin davamında Akademiyanın 44 günlük Vətən müharibəsinin şəhid, iştirakçı məzun və əməkdaşlarına həsr olunmuş videoçarx təqdim olundu. Muzey tərəfindən hazırlanmış “Zəfərə qanadlananlar”, “Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası- 100”, “Azərbaycanın ilk hərbi təyyarəçi qadını Züleyxa Seyidməmmədova” adlı kitablar məktəbə hədiyyə edildi.

Tədbir iştirakçıları Akademiyanın şəhid məzunlarına həsr edilmiş sərgi ilə yaxından tanış oldular. Məktəbin direktoru Könül Əliyeva tədbirin təşkilinə görə Akademiyanın rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi