"Kitablar" mövzusunda dərs.
1 A sinif rəhbəri Vəliyeva Leyla müəllimə Azərbaycan dili dərsində "Kitablar" mövzusuna toxundu. Sinif rəhbərinin dəvəti ilə dərsdə iştirak edən məktəbimizin kitabxana müdiri İbrahimova Təranə xanım da kitabların əsas elementləri haqqında məlumat verdi. Şagirdlərə kitab paylanaraq cütlərlə iş aparıldı. Kitabların cildlərinə nəzər salan şagirdlər kitabın müəllifini, mövzusunu təxmin etdilər.