Dəyirmi masa
İllik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu məktəbimizdə risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi və eləcə də onlarla gələcəkdə inkişafetdirici işin təşkili məqsədi ilə sinif rəhbərləri ilə dəyirmi masa keçirdi. Məqsəd müəllimlərə bu şagirdlərin meyil və maraqlarının, psixoloji problemlərinin vaxtında və düzgün müəyyənləşdirməkdə yaxından dəstək olmaq idi. Sonda hər bir müəllim "Sinif rəhbərləri üçün anket sorğu" ya öz sinif şagirdləri haqqında məlumatları qeyd etdilər.