"Hüquqlarımızı öyrənək və bilək".
"Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin psixoloqu V sinif şagirdləri ilə "Hüquqlarımızı öyrənək və bilək" mövzusunda görüş keçirdi. Görüş zamanı şagirdlərə maarifləndirici təqdimat nümayiş olundu, onların fikirləri əsasında müzakirələr aparıldı.