"Yeniyetməlik dövründə reproduktiv sağlamlıq"
İllik fəaliyyət planına əsasən məktəbin VIII, IX sinif şagirdlərinin valideynləri ilə "Yeniyetməlik dövründə reproduktiv sağlamlıq" mövzusunda geniş maarifləndirici görüş keçirildi. Görüşdə məktəbin direktoru, psixoloq və tibb bacısı valideynlərə mövzu ilə bağlı ətraflı məlumatlar çatdırdılar. Sonda hər bir valideynə övladlarına bu çətin yeniyətməlik böhranını aşmağa dəstək olmarı tövsiyə olundu.