“Yeddinci tənhalıq” adlı qrup sərgisi.
“YARAT” Müasir İncəsənət Mərkəzində “Yeddinci tənhalıq” adlı qrup sərgisi Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir. Məktəbimizin 10 p sinif şagirdləri sinif rəhbəri Lalə müəllimə ilə birgə bu gün həmin mərkəzdə olub sərgiyə tamaşa ediblər. Sərgiyə tamaşa zamanı çəkilən maraqlı fotoları paylaşırıq.