Məktəbəhazırlıq qruplarında dərslər başladı.
Bu gün məktəbimizin ən kiçik yaşlı şagirdlərini qəbul etdik. Məktəbəhazırlıq qruplarının şagirdləri artıq parta arxasında əyləşdilər. Onları məktəb direktoru Könül Əliyeva və UMSXİUTM İsmayılova Sevinc, sinif rəhbərləri Alıyeva Mətanət və Allahverdiyeva Səbinə qarşıladılar. Uşaqların sevincinə , şənliyinə valideynlər də qoşuldular. Şagirdlərin məktəbə gəlişi böyük coşğu ilə qeyd olundu. Məktəb rəhbərliyi şagirdlərə uğurlar arzu edib, onlarla məktəbin həyətində və sinifdə görüşdü, xatirə şəkilləri çəkdirdi.