Valideynlərlə sıx əməkdaşlıq.
Məktəbimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsidi ilə daim valideynlərlə sıx əməkdaşlıq edilir.Belə ki, 28.09.23-cü il tarixində məktəbin 6 A sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi.İclasda məktəbin direktoru ,psixoloq və fənn müəllimləri iştirak etdilər.Görüş zamanı məktəb direktoru valideynləri öz öhdəliklərini lazımı dərəcədə yerinə yetirməyə,şagirdlərin daim nizam- intizamlı ,məktəbli formasında müntəzəm olaraq dərslərdə iştirak etməsinin vacibliyini vurğulamış,psixoloq şagirdlərin yeniyetməlik yaş xüsusiyyətlərini vurğulayaraq onlara xüsusi həssaslıqla yanaşmalarını,fənn müəllimləri isə öz növbəsində şagirdlərin yüksək nəticələr əldə etmələri üçün onlara daim dəstəyin olmasını ön plana çəkərək vurğuladılar.