"Bilik günü".
15 sentyabr- Bilik Gününü qeyd etdik. Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Könül Əliyeva açıq elan etdi. O, şagirdlərimizə builki tədris ilində uğurlar arzuladı. Məktəbimizin keçən tədris ilindəki uğurlarından danışdı. Məzunlarımızın ali məktəblərə qəbul olması barədə valideynlərə və şagirdlərə ətraflı məlumatlar verdi. Daha sonra əlavə etdi ki, bu il ilk dərslər "Heydər Əliyev Azərbaycan Respublikasının xilaskarı və qurucusudur" mövzusuna həsr olunacaq, Ulu Öndərin həyat yolu barədə məlumatlar bir daha şagirdlərin nəzərinə çatdırılacaq.
Tədbirimiz şagirdlərin ifasında səslənən şeirlər, mahnılar və rəqslərlə davam etdi. Bilik Günü tədbirimiz ilk zəngin sədaları altında yekunlaşdı və şagirdlər öz sinif otaqlarına yola salındılar.