Məleykə Abbaszadə ilə şagirdlərimizin görüşü.

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə məktəbimizin qonağı oldu.Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Könül Axundova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 9 və 11-ci sinif şagirdləri iştirak etdi.

Görüş zamanı M.Abbaszadə şagirdlərə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul barədə ətraflı məlumat verdi, məktəblilərin suallarını cavablandırdı.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov buraxılış siniflərində təhsil alan şagirdlərlə görüşün xüsusi əhəmiyyətini vurğuladı, növbəti imtahanlarda onlara uğurlar arzuladı.

BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəblərdə aparılan monitorinqlərin nəticələri, buraxılış imtahanlarının təhlilləri barədə danışdı.

Qeyd edək ki, Təhsil TV-nin “İmtahan” layihəsinin qonağı olan Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə məktəblilərin suallarını cavablandırıb, ən maraqlı sual müəllifi kimi məktəbin VII sinif şagirdi Nəzrin Sadıqlının sualını seçib.

Sonda məktəbin direktoru Könül Əliyeva qonaqlara öz minnətdarlığını bildirdi və şagirdlərə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi