Şəhidi Əliyev Yunis Zaur oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə yarış.
Bu gün məktəbimizdə "Vətən uğrunda" medalı ilə təltif olunmuş Vətən Müharibəsi Şəhidi Əliyev Yunis Zaur oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə yarış keçirildi.Tədbirdə YAP - nın Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov , Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, şəhidimizin atası Zaur Əliyev ,məktəbimizin digər şəhidi Həsənov İbrahimin atası Şörət Həsənov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər dəyərli qonaqlar iştirak edirdi. Yarış Suraxanı rayon məktəblərini əhatə edirdi.Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müəyyənləşdirildi. I,II,III yerlərin qalibləri diplomlarla təltif olundu.Məktəbimiz məzun şəhidimizin adını daşıyan futbol yarışına ev sahibliyi etdiyinə görə qürür duyur.