"Uğurun formulu varmı?" adlı təlim.
19.05.2023 - cü il tarixində, Karnegiklubun rəhbəri, BisnesTrener, NLP master dr. Nəcəf Allahverdiyevin təqdimatında "Uğurun formulu varmı?" adlı təlim keçirildi.
Təlimdə dr. Nəcəf Allahverdiyev insanın inkişafında və həyatında uğur qazanmağın yollarından söhbət acıb. Şagirdlərə özgüvənli olmağın yollarından bəhs edib və bullinqə , zorakılığa yol verməməyi tövsiyyə edib. O,Suraxanı gəncləri ilə görüşündən məmnun olduğunu bildirib. Bu təlimdə məktəbimizin şagirdləri də iştirak etdilər və cox məmnun qaldıqlarını bildirdilər. Təlim maraqlı və əyləncəli diskussiya formasında keçirilib, xatirə fotoları çəkilib.