“Heydər Əliyev İli” layihəsi çərçivəsində "Dahi Şəxsiyyət Heydər Əliyev" adlı tədbir
05.05.2023 cü il tarixində məktəbdə “Heydər Əliyev İli” layihəsi çərçivəsində "Dahi Şəxsiyyət Heydər Əliyev" adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, məktəbin məzun şəhid ailələri və digər qonaqlar iştirak etdilər.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Məktəbin direktoru Könül Əliyeva qonaqları salamlayaraq Ulu Öndərin mənalı həyat və yaradıcılığından danışdı.
Sonra məktəblilərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndərin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.