"Şagirdlərin uğuru"

Suraxanı Gənclər Evində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dünyagörüşünü əhatə edən bilik yarışı keçirildi. Suraxanı rayon məktəblərinin IX -XI sinif şagirdləri arasında keçirilən intellektual yarışda məktəbimizin “Zəfər ” komandası 1 - ci yerə layiq görüldü. Yarışdan sonra məktəbin direktoru Ə.Könül komandanın üzvləri və komandaya təhkim olunmuş Y. Nisə müəllimə ilə görüşdü, hər birini təbrik edib uğurlar arzu etdi.