"Məmmədli Əsgərxanın"uğuru

Azərbaycan Respublikasının Mərkəzi Bankı Qlobal pul həftəsi çərçivəsində ümumtəhsil məktəblərində şagirdlərin maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədi ilə"Uşaqlar və pullar" virtual kursu üzrə müsabiqə elan edilmişdir.Müsabiqə 10 - 16 yaşlı şagirdlər arasında keçirilmişdir. Müsabiqəyə 7380 nəfərdən cox iştirakçı maraq göstərmiş,1527 nəfər iştirak etmiş,739 iştirakçı uğur qazanmışdır. Məktəbimizin 4B sinif şagirdi M. Əsgərxan uğur qazanan iştirakçılar arasında yer almışdır. Şagirdimizə uğurlarının davamlı olmasını diləyirik.