" Novruz yarışı" adlı bilik yarışı

14.03.2023 tarixində məktəbdə Asya müəllimənin təşəbbüsü ilə " Novruz yarışı" adlı bilik yarışması keçirildi. Yarışda 6- cı sinif şagirdlərindən ibarət dörd komanda "Su"," Yel","Od" və "Torpaq" komandası iştirak edirdi . Tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan olundu. Məktəbin direktoru Könül xanım çıxış edərək iştirakçılara uğurlar arzuladı. Turlar arası fasilələrdə şagirdlərin ifası yarış iştirakçılarını daha da ruhlandırdı. Sonda qalib gələn komanda məktəbin rəhbərliyi tərəfindən mükafatlandırıldı.