Məktəbimizin 4 A sinfində Həyat bilgisi fənnindən nümunəvi dərs keçirildi. Mövzusu "İlk tibbi yardım" olan dərsdə məktəbin tibb bacısı Kəmalə xanım da iştirak etdi. Sonda cütlərlə praktiki iş aparıldı. Şagirdlər növbə ilə bir- birlərinə sarğı qoydular .