"Xocalını unutdurmayaq" adlı tədbir

24.02.2023 - cü il tarixində məktəbdə Xocalı soyqırımının 31- ci ildönümünə həsr olunmuş "Xocalını unutdurmayaq" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə acıq elan olundu.Soyqırımda qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Ə.Könül xanım, tarix müəllimi T.Talıb, məktəbin hərbi rəhbəri H.Hüseyn müəllim cıxış edərək Xocalı soyqırımı haqqında şagirdləri məlumatlandırdılar. Şagirdlərin ifasında səhnəciklər nümayiş edildi və şeir kompozisiyası səsləndirildi.