"Yeni təyin olunmuş direktorun təqdimatı"

09.02.2023 -cü il tarixində məktəbimizə yeni təyin olunmuş direktor Könül Əliyeva pedaqoji heyətə təqdim edildi. Təqdimatda BŞTİ -nin əməkdaşı Mövlan Yusifov və Suraxanı rayonu İcra Hakimiyyətinin əməkdaşı Sevinc Ağayeva iştirak edirdi. Könül xanım pedaqoji heyətlə tanış edildi və məktəbin psixoloqu bütün kollektiv adından yeni təyin olunmuş direktoru təbrik edib işlərində uğurlar arzuladı.