"2 Fevral Azərbaycan Gəncləri Günü"

02.02.2023-cü il tarixində "2 Fevral Azərbaycan Gəncləri Günü" münasibəti ilə məktəbin tərbiyəvi işlər üzrə direktor müavini,psixoloq,Ubtr tərəfindən 9,10,11-ci sinif şagirdləri ilə "Gənclər bizim sabahımızdır" mövzusunda geniş maarifləndirici dəyirmi masa keçirildi.Görüşdə məktəbin məzun gəncləri Ə.Yunis və B.İbrahimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Çıxış zamanı dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı, məktəblərdə yaradılan ən yüksək müasir şərait, onların qarşısında duran öhdəçiliklər haqqında məlumat, eləcə də gənclərimizin daha da savadlı, vətənpərvər ,məqsədə döğru inamla addımlayan fiziki ,psixoloji sağlam böyüməsi üçün lazımi tövsiyyələr verildi,şagirdlərin maraqlı fikirləri dinlənildi.