Ədəbi-bədii gecə keçirildi

Bu gün məktəbimizin dil ədəbiyyat müəllimi Pakizə Maqsudova 6-7-8 ci sinif şagirdləri ilə birgə Ədəbi-bədii gecə hazırladılar.Gecə ilk olaraq Azərbaycan Dövlət Himni ilə açıq elan edildi.Ədəbi -bədii gecədə "Balasaqunlu","Sabir","Vurğun"," Kəsəmənli " komandaları .5 mərhələ üzrə yarışdı.Mərhələlər üzrə komandalar ilkin olaraq bir-birlərinə suallar verdi, ikinci mərhələdə şierlər söyləndi, nəhayət sonda C.Məmmədquluzadənin "Poçt qutusu" hekayəsi ,Dədə Qorqud dastanından "Dəli Domrul",Ə.Haqverdiyevin "Mirzə Səfər " hekayəsindən bir parça , B.Vahabzadənin "Gülüstan " poemasından bir parça səhnələşdirdilər.Sonda komandalar mərhələlər üzrə munsiflər tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi.Ədəbi -bədii gecə çox maraqlı keçdi.