"Zəfər yolu"-inşa müsabiqəsi

Məktəbin VII siniflərində "Zəfər yolu"- inşa müsabiqəsi təşkil olundu. Şagirdlər müəyyən olunmuş vaxt ərzində Vətən Müharibəsi haqqında düşüncələrini yazılı şəkildə ifadə etdilər. Ordumuzun zəfər yolu, dəmir yumruğun gücü və xalqımızın birlik nümunəsi barədə fikirlər inşa müsabiqəsinin aparıcı xəttini təşkil etdi.