"Bayramzadə İlahənin uğuru"

Məktəbin X sinif şagirdi Bayramzadə İlahə Vətən müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi,Gəncliyə Yardım Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə təşkil edilmiş "Hər şəhid bir çinardır"adlı yazı müsabiqəsinin "Odlar Yurdu" Universitetində keçirilən mükafatlandırma mərasimində iştirak etdi. Mükafatlandırma mərasimində müsabiqəyə təqdim olunmuş 400-dən artıq yazı nümunəsi içində fərqlənən 20 yazı işinin müəllifi təltif olundu.Məktəbin şagirdi Bayramzadə İlahə də təltif olunan şagirdlərdən biri kimi Fəxri fərman və dəyərli hədiyyəyə layiq görüldü.